“Bloqosfer – 2011″ forum iştirakçılarının aşağıdakı qaydalarla tanış olmaları vacibdir.
- Forum istirahət düşərgəsi deyil!
- Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir (son qeydiyyat tarix 26 avqust, 2011).
- Qeydiyyatdan keçməmiş şəxslərin tədbirdə iştirakı məhdudlaşdırılacaq.
- Forumun gündəlik iş proqramına əməl etmək vacibdir.
- İş proqramı əvəzinə əyləncə və digər işlərlə məşğul olaraq forumun proqramından imtina edən iştirakçılar dərhal evinə və vətəninə yola salınacaqdır (və ya öz hesabına dincələ bilərlər).
- Forumda proqramın sonuna qədər iştirak vacibdir.
- Son günə qədər iştirak edə bilmədikdə bu haqda təşkilatçıları ən gec foruma iki gün qalmış məlumatlandırmaq lazımdır.
- İştirakçılar hər otağı 2-3 nəfərlik olan 2 otaqlı kotejlərdə yerləşdiriləcək.
- Asudə vaxtda forum proqramından kənar və əlavə xərc tələb edən digər istirahət xərclərini (tək otaq və s.) iştirakçı özü ödəyir.
- Forum zamanı təşkilat tərəfindən çəkilən bütün foto və videolar İTİM təşkilatına məxsusdur. Təşkilat həmin materiallardan gələcək də istifadə edə bilər. Hər hansı bir şəxs onun şəkillərinin istifadəsini istəmirsə, bu haqda təşkilatçılara əvvəlcədən, tədbirə qədər məlumat verməlidir. Tədbir zamanı iştirakçılar tərəfindən çəkilmiş foto, video, səs yazıları təşkilatçıların icazəsi olmadan İTİM təşkilatına aid olmayan heç bir layihədə istifadə oluna bilməz.
- İştirakçılar şəxsiyyətlərini təsdiq edən sənədi və onun surətini forumun əvvəlində sənədləşmə üçün təqdim etməlidirlər.
- Forum yalnız 80 nəfərin xərcini (yol, 2 günlük qalmaq və qidalanmaq) öz üzərinə götürə biləcək. Hər bir iştirakçı 20 manat məbləğində iştirak haqqı ödəməlidir.
- Əgər siz öz və ya təmsil etdiyiniz qurumun hesabınıza iştirak etmək imkanınız varsa, foruma dəstək olaraq xərclərinizin bir hissəsini öz və ya təmsil etdiyiniz qurumun üzərinə götürə bilərsiniz. Bununla da forum iştirakçılarının sayını artırmağa kömək etmiş olacaqsınız.
- Regiondan iştirak edəcək (Bakı, Xırdalan, Sumqayıt və Abşeron xaric) 20 iştirakçı iştirak haqqından azaddır.
- Digər regionlardan qoşulanlar birbaşa və ya Bakıya gələrək tədbirə yollana bilərlər. Sizin yol xərciniz Forum tərəfindən qarşılanacağı təqdirdə, müvafiq biletlər və yol sənədləri təqdim olunmalıdır.
- Naxçıvan MR-dan tədbirə qoşulanlar üçün yalnız avtobusla gəlmək üçün yol xərci qarşılana bilər.
- Tədbirə ən gec gəlmə vaxtı – 3 sentyabr, saat 10:00. Tədbirə bu vaxtdan gec gəlmək və ya bir neçə saatlıq qoşulmaq olmaz! Gec gəlmiş iştirakçılar tədbirə buraxılmayacaqlar.
- Tədbirdən çıxış vaxtı: 4 sentyabr, saat 18.00-dan sonra.
- Tədbirdə qeydiyyatdan keçmiş hər bir şəxs bu qaydaları oxumuş və qəbul etmiş sayılır.
Qaydalarla bağlı suallarınızı şərhlərdə yaza bilərsiniz.







Qaydaları çox bəyəndim:)) Azərbaycan üçün çox lazımlı və düzgün qaydalardır, hazırlayana bravo))
Bu qaydaları 3 illik təcrübəmiz əsasında hazırlamışıq.
ne dmek olar ela
Əla, mən də qeydiyyatdan keçdim. Ümid edirəm, iştirak haqqı qazanacağam.
Qoşuluram, yalnız öz avtomobilim ilə gəlmək istərdim. Heç bir sakıncası yoxsa…
Salam. Tedbir harada kechirilecek. “MIR” Televiziyasi olaraq bu tedbiri ishiqlandirmaq isteyirirk. Tagi Kerimli 050-286-31-41