
Bloqosfer 2010
Bloqosfer – bloqçular və yeni media mütəxəssisləri forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır.
Bu istiqamətdə ilk addımlarımızı 2010-cu ildə atdıq. 100-ə yaxın bloqçu və mütəxəssislərin iştirakı ilə 10-12 sentyabr 2010-cu ildə Nabranda keçirilmiş I Forumda bir sıra mövzular müzakirə olundu və təkliflərimiz müvafiq qurumların diqqətinə çatdırıldı.
Bir ildə nə dəyişdi? Daha bir ilə nə dəyişəcək?
Sosial Media və Yeni Media sahələrinin sürətli inkişafı bır sıra digər sahələrdən – texniki, iqtisadi, hüquqi və s. də asılıdır. Bütün sahələrin bu inkişafla ayaqlaşması çox zəruridir. Azərbaycanda bu inkişafın davamlı müzakirəsi və bloqçuların, yeni media mütəxəssislərinin simasında İnternet ictimaiyyətinin rəyinin və təkliflərinin nəzərə alınması çox vacibdir.
Bloq və Sosial Media?
Bloqçuluq cəmiyyətdə gedən heç bir prossesdən kənarda qalmamalıdır. Bloqçularla yanaşı bütün cəmiyyət bloqçluğun və sosial medianın cəmiyyətin informasiya dövriyəsindəki, ictimai fikrin formalaşmasındakı və ifadə azadlığındakı rolunu dərk etməlidirlər.
II Forum
Bloqçuların və Yeni Media mütəxəssislərinin II Forumu – Bloqosfer 2011 daha da çox biznes qurumlarını, dövlət orqanlarını əhatə edəcək. Azərbaycanda olan şirkət və iş adamları da Dünya ilə ayaqlaşaraq sosial mediadan biznes üçün faydalanmalıdırlar, dövlət qurumları isə vətəndaşlarımıza daha yaxşı xidmət göstərməlidirlər. Bu yolda bloqçularla əməkdaşlıq etməyin üstünlüklərini və vacibliyi həm biznes həm də dövlət qurumları hiss etməlidirlər.
Bütün bu məsələləri müzakirə etmək, yeni-yeni ideyalar təklif etmək üçün bloqçular Bloqosfer 2011 – Bloqçuların və yeni media mütəxəssislərinin II Forumunda bir daha toplaşacaqlar.
Bloqosferin əsas xüsusiyyəti olan mövzuların əvvəlcədən deyil, tədbir zamanı müəyyənləşdirilməsi prinsipi bu il də qorunacaq. Eyni zamanda, biz istəyirik ki, ötən il ərzində görülmüş işlər və gələcək planlar haqqında bloqçulara da məlumat versin.
Proqramımızla daha yaxından tanış ola bilərsiniz və kimlər üçün? bölməsində bu tədbirin sizin üçün də olmasını yəqin etsəniz qaydalarla tanış olun, qeydiyyatdan keçin və Bloqosfer 2011-ə qoşulun.
Bloqçular bir arada.







men sizden sorusmaq isteyirem istirak formasinaneyi qeyd edek yeni biz qht terefinden gelirikse
men mutleq insallah istirak edecem burda kecen il dogurdanda burdan cox seyo oyrendim ve tedbiq etdim
[...] keçmişdik. Hər iki şəhərdə təlimlər maraqlı, yadda qalan olmuşdu. Bu il ilk dəfə Bloqosferdə iştirak etdim. 2-4 sentyabrda Bloqçuların və Yeni Media mütəxəssislərinin II Forumuna [...]