Bloqosfer iştirakçıları bəlli oldu

AtlantAxır ki, çoxdan gözlədiyiniz vaxt gəlib çatdı. Bloqosfer 2011 Bloqçuların və Yeni Media mütəxəssislərinin II forumuna iştirakçıların seçimləri yekunlaşdı.

Münsiflər heyətin rəyi əsasında təşkilat komitəsi hər bir qeydiyyatdan keçmiş şəxsə məktubla cavab ünvanlayıb.

Əgər Sizin Bloqosferə müraciət etməyinizə baxmayaraq gün ərzində heç bir cavab almamısınızsa xahiş edirik ki, forum@bloqosfer.com ünvanına bu haqda yazın. Araşdırıb Sizə mütləq cavab yazacağıq.

Cavab alanlardan isə xahiş edirik ki, məktublarını diqqətlə oxusunlar. Həmin məktublarda forumda iştirak üçün bütün qaydalar mövcuddur.

Təbii ki, bütün seçimli tədbirlərdə olduğu kimi, Bloqosfer 2011 forumunda da qeydiyyatdan keçənlər  arasında iştiraka haqq qazanmayanlar da oldu. Onlar heç məyus olmasınlar. Ümid edirik ki, növbəti Bloqosferdə onlar İnternet və sosial mediaya dair bilikləri ilə forumun ən ön sıralarında olacaqlar.

Onu da qeyd edim ki, Bloqosfer 2011 forumu bu il də Nabran qəsəbəsində yerləşən Atlant İstirahət Mərkəzində baş tutacaq.

Şərhiniz var?