İlk promo video çəkildi!

promo video çəkilişi zamanı Yayın qızmar istisinə baxmayaraq 3 avqustda ilk  promo video çəkilişimiz baş tutdu.  Bu promo videonun çəkilişində keçən ilki Bloqosfer iştirakçıları ilə yanaşı yeni bloqçular iştirak edirdi. Non-stop (bir kadrlıq) video olmasına baxmayaraq çəkiliş meydançasında düz 22 nəfər aktyor və 4 çəkiliş heyəti iştirak edirdi. Aktyorlarımız arasında balacalar da var idi.

“İnternetin gələcəyi” adlanan bu videonun ssenarisi komandamıza aiddir, çəkiliş və montaj işləri “Visual Factory” studiyasının əməkdaşları tərəfindən aparılmışdır.


Videoda aşağıdakı şəxslər iştirak ediblər:

  • Operator: Elvin Aşirov;
  • Operator köməkçisi: Murad Nağıyev;
  • Quruluş: İlqar Mirzə;
  • Rollarda:
  • Yazıb-pozanlar:  Ayuk Utopik və (adını bilmədiyimiz qız);
  • Çəkib-kəsənlər: Rufət, Aysel;
  • Fotoqraf: Ako;
  • Qanun yaradanlar: Vahid Qasımov;
  • Müəllimə: Ayşən;
  • Şagirdlər: Kamilla, Əli;
  • Həkim: Mələk Abdinova;
  • Mühəndislər: Alim, Amid Quliyev;
  • Jurnalist: Aynur Zərrintac;
  • Operator: Knyaz Yaqublu;
  • Biznesmen:  Orxan;
  • Tələbələr: Nərgiz, Sadiq, Fərhad, Gümüş;
  • Final səhnədəki uşaqlar: Həqiqət, Heybət;
  • Azər Nəzərov rolunda isə Azər Nəzərov.

çəkilişdən xatirə şəkiliQeyd edək ki, videoda Martin Solveig – Hello mahnısından istifadə edilmişdir.

Promo videonu saytımızın başlığından və ya youtube kanalına keçərək izləyə bilərsiniz. Ümid edirik ki, bəyənib paylaşacaqsınız.

Çəkiliş zamanı yaranan maraqlı məqamlardan ibarət fotolara Flikr və yaFacebook səhifəmizdən baxa bilərsiniz.

Tezliklə növbəti promo videoların çəkilişi baş tutacaq. Əgər sizin də maraqlı ideyalarınız varsa və ya gələcək çəkilişlərdə iştirak etmək istəyirsinizsə, bizə bildirin.

Bizə dəstək olan və iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk.

 

 

5 şərh : "İlk promo video çəkildi!"

Şərhiniz var?