Aug
24

Bu gün, Amerika – Azərbaycan Təhsil Mərkəzinin konfrans zalında Bloqosfer 2011 – Bloqçuların və Yeni Media mütəxəssilərinin II forumuna hazırlıq işləri ilə bağlı press konfrans keçirildi.
Tədbiri Bloqosfer layihəsinin təşkilat komitəsinin sədri Azər Nəzərov açıq elan etdi. Onun sözlərinə görə 2-4 Sentyabrda Nabranda Bloqosfer 2011 forumunda 150-yə yaxın iştirakçı arasında bloqçularla yanaşı müxtəlif Dövlət, biznes, Beynəlxalq təşkilat, QHT nümayəndələri də olacaq.
Təşkilat komitəsinin üzvü İlqar Mirzə bildirdi ki, “forumun əsas məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq bloqçuluğun və sosial medianın inkişafı istiqamətində təkliflər hazırlamaqdır”.
Press konfransda qeyd olundu ki, Bloqosfer 2011 – Bloqçular və Yeni Media mütəxəssislərinin II Forumunda ilk öncə ötən il müzakirə olunan mövzulara aid olan dövlət və digər qurumların illik fəaliyyətləri haqqında təqdimatları olacaq. Təqdimatlardan sonra müzakirə mövzuları təyin olunacaq və işçi qruplarda yeni təkliflər hazırlayacaq.
Bu il də keçən il olduğu kimi, Bloqosfer 2011 forumun tanıdılması üçün xüsusi promo videolar çəkilir. Press konfrans zamanı bu videolardan ikincisi də ilk olaraq media nümayəndələrinə təqdim olundu.
Bloqosfer 2011 forumunu İnformasiya Texnologoyaları, İnternet və Media Təşkilatı, Barcamp Azərbaycan, Azərbaycan İnternet Forumunun təşkilaçılığı və ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyi də bildirildi.









