Jul
8
Sevinc hissi ilə bildirmək istəyirik ki, 2010-cu ilin ən səs-küylü yeni media tədbirlərindən biri olan və böyük marağa səbəb olmuş bloqçuların və yeni media mütəxəssislərinin I Forumu “Bloqosfer 2010” bu il də davam edəcək. Ötən il bir sıra mövzular müzakirə olundu və müxtəlif qurumlara təkliflər verildi. Həmçinin bəzi bloqçular öz təcrübələrini paylaşdılar. Bəs bu il? Bloqosfer 2011-də bizi nə gözləyir?
Bloqosfer 2011 – Bloqçular və Yeni Media mütəxəssislərinin II Forumunda ilk öncə son bir ilə nəzər yetirəcəyik. Ötən il müzakirə olunan mövzulara aid olan dövlət və digər qurumlardan xahiş edəcəyik ki, ötən ilki fəaliyyətləri ilə bloqçuları tanış etsinlər. Sonra isə yaxın gələcək üçün fəaliyyət planı üzərində işləyəcəyik. Bunlar haqda “Hesabatlar və təqdimatlar” bölməsində tanış ola bilərsiniz. 150-dən çox iştirakçı arasında bloqçularla yanaşı müxtəlif Dövlət, biznes, Beynəlxalq təşkilat, QHT nümayəndələri də olacaqlar.
Tədbir üçün təklif və ideyalarınız varsa, bizimlə əlaqə saxlayın – məqsədəuyğun bütün fikirlərinizi nəzərə almağa çalışacağıq.
Bloqosfer 2011-in yeri və vaxtı çox qısa bir zamanda elan olunacaq və tədbirdə iştirak üçün qeydiyyat açılacaq. Bizi izləyin və sonra deməyin ki, mən Bloqosferdən kənarda qaldım. :)







Bloqosferdən kənarda qalmaq çox pis olar. İl boyunca Bloqosfer 2011 i gözlədim
İnşallah bu il daha uğurlu olar.
INŞALLAH, biz də daha uğurlu olması üçün çalışırıq
İlk dəfədi qatılacam inşallah seçilərəm (=
Uğurlar.
maraqli ve maariflendirici bir layihe olacagindan eminem. ishtirak nesib olsa inşallah qoşularıq.sizlərə uğurlar!
Əziz dostlar, hər birimizi təbrik edirəm! Amma Bloqosfer 2010-da hazırlanmış təqdimatlar toplansa da saytda yerləşdirilmədi. Məncə, bununla müzakirələri bir il ərzində davam etmək, həllər tapmaq fürsətini əldən vermiş olduq. Mümkünsə, bütün təqdimatları uyğun formatda yerləşdirin Bloqosfer 2010 saytında. Təşəkkür və uğurlar!
Araz müəllim, buna görə üzr istəyirik və tezliklə yerləşdirməyə çalışacağıq.
Araz müəllim, ötən ilki təqdimatların bir qismi ineternetə yerləşdirilmişdi:
http://weboxu.com/blog/texnologiya/769.html
http://weboxu.com/blog/texnologiya/770.html
ugurlar
Bloqosferde arzu edən hər kəs iştirak edə bilər, yoxsa mütləq bloqun olmalıdı
Hörmətli, Eli sualınıza cavabı saytımızın kimlər üçün bölməsindən əldə edə bilərsiniz.
iwtirak etmek ucun yaw mehdudiyeti var?
Yoxdur, sadəcə olaraq 18 yaşına çatmayanların valideynlərinin icazəsi lazımdır.
Qoydum xeyrli ugurlu olsun tebrik edirem girib baxa bilersen