Bloq gününüz mübarək

31 Avqustda Dünya Bloqosferi Beynəlxalq bloq gününü qeyd edir.  başqa peşə sahibləri xüsusi günləri özlərinin peşə bayram kimi qəbul etdikləri kimi bloqçular bu günü peşə günü kimi qeyd edə bilərlər.:)

Təbii ki, Bloq günün qeyd olunmasının özünə məxsus xüsusiyyətləri və ənənələri var.

Gəlin bu ənənələrlə tanış olaq:

1. Hər bloqçu 5 yeni və maraqlı gələn bloq tapmalı;

2.  Tapdıqları bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməli;

3. Yazını mütləq elə məhz 31 avqustda post  edilməli

4. Yazıda mütləq  BlogDay2011 teqini əlavə  olunmalı və bayramın rəsmi www.blogday.org saytına keçid verməli;

Beləliklə həmin ənənəyə sadiq qalaraq biz də Sizə 5 maraqlı bloqu təqdim edirik:

İlk olaraq nagillardanrealliga.wordpress.com bloqundan yazmaq  istəyirəm. Düzünü desəm bu bloqun haqqında eşitmişdim, ancaq oxumağa şans olmamışdı. Həqiqətəndə bu bloq mənə maraqlı gəldi.

Axtarış zamanı qızlar üçün maraqlı olacağını düşündüyüm bir bloq da tapdım. Həmişə xarici bloqçuların dəblə bağlı bloqlarına rast gəlirdim. Bizlərdən də kiminsə belə bloq yazması çox xoşuma gəldi. jalehfashion.livejournal.com 

Son zamanlar avtomobil almaq eşqinə düşdüyüm üçün avtobloq.info bloqu da mənə maraqlı gəldi. Ancaq çox istəyərdim ki, bu bloqda həm də ikinci əl avtomobili düzgün tanımaq üçün də müəyyən məsləhətlər olsun. Yəqin müəllif nəzərə alar.

parvanas.wordpress.com – bilmirəm, bu bloq barədə eşitmisiz ya yox. Bloqda yazılan mövzular məni o qədər cəlb elədi, bir neçə postunu dayanmadan oxudum.

Qarşıma çox gözəl bir bioloji bloq da çıxdı. biowaterfowl.wordpress.com  təbiət üzərində ixtisaslaşmış bloqdur və məncə çox maraqlıdır.

Düzünü desəm qarşıma çıxan bloqların bir çoxlarının davamlılıqlarının olmaması çox gec-gec yenilənməsi məni çox məyus etdi.

Ümid edirəm ki, 2-4 sentyabrda baş tutacaq Bloqosfer 2011-dən sonra daha maraqlı və inkişaf etmiş bloqlarla rastlaşacağıq.

p.s. Əgər Siz də bu günə aid bloq yazmısınızsa linklərinizi şərhlərdə bölüşə bilərsiniz.



		

Tags: , ,

Şərhiniz var?