Bannerlər hazırdır

Bloqosfer 2011 bannerArtıq Bloqosfer 2011 üçün flash bannerlərimiz hazırdır. Hamı bannerlərdən birini öz bloqunda və ya saytında yerləşdirərək, foruma dəstək ola bilər. Bunun üçün saytımızın bannerlər bölməsinə daxil olub istədiyiniz bannerin kodunu götürüb saytınızda yerləşdirmək kifayətdir. Bannerlərimiz iki fərqli dizaynda və müxtəlif ölçülərdə mövcuddur. Əgər sizə lazım olan ölçüdə banner yoxdursa, şərhlərdə yazın və həmin ölçülərdə yerləşdirək.

Banneri yerləşdirdiyiniz zaman texniki problemlər çıxarsa, şərhlərdə bildirin və biz sizə əlimizdən gələn köməyi edəcəyik.

Əgər siz də, Bloqosfer 2011 üçün banner düzəltmək istəyirsinizsə və bunun üçün sizə müəyyən materiallar lazımdırsa, bu haqda bizə forum(ət)bloqosfer.com ünvanına yazın və biz sizə böyük məmnuniyyətlə lazım olan materialları göndərərcəyik. Ən maraqlı bannerləri isə saytımızın bannerlər bölməsində yerləşdirəcəyik.

Bloqosfer 2011 bannerlərini öz saytlarında və bloqda yerləşdirən hər bir şəxsə öz təşəkkürümüzü bildiririk.

p.s. Banerlərin dizaynına görə Knyaz YaqubluSadiq Muradova təşəkkürümüzü bildiririk.

 

8 şərh : "Bannerlər hazırdır"

Şərhiniz var?