Bloqçular üçün müsabiqə – “Mən nə içdiyimi bilirəm!”

Bloqsfer 2011 forumunu dəstəkləyənlərdən olan Aquavita suları bloqçular üçün maraqlı bir müsabiqə elan edir. Müsabiqənin adı və yazının mövzusu “Mən nə içdiyimi bilirəm”dir.

Bu mövzuda yazılan ən yaxşı bloq yazıları Aquavita şirkəti tərəfindən mükafatlandırılacaq. Münsiflər heyyəti Bloqosfer forumunun təşkilatçıları və Aquavita şirkətinin əməkdaşlarından ibarətdir.

Bloqçular üslubda (yazı, video, foto və s.) sərbəstdir, materiallar Azərbaycan və ya rus dillərinə ola bilər. davamı »

Bloq gününüz mübarək

31 Avqustda Dünya Bloqosferi Beynəlxalq bloq gününü qeyd edir.  başqa peşə sahibləri xüsusi günləri özlərinin peşə bayram kimi qəbul etdikləri kimi bloqçular bu günü peşə günü kimi qeyd edə bilərlər.:)

Təbii ki, Bloq günün qeyd olunmasının özünə məxsus xüsusiyyətləri və ənənələri var.

Gəlin bu ənənələrlə tanış olaq:

1. Hər bloqçu 5 yeni və maraqlı gələn bloq tapmalı;

2.  Tapdıqları bloqlar haqqında kiçik bir yazı yazıb onlara keçid verməli;

3. Yazını mütləq elə məhz 31 avqustda post  edilməli

4. Yazıda mütləq  BlogDay2011 teqini əlavə  olunmalı və bayramın rəsmi www.blogday.org saytına keçid verməli; davamı »

Bloqosfer iştirakçıları bəlli oldu

AtlantAxır ki, çoxdan gözlədiyiniz vaxt gəlib çatdı. Bloqosfer 2011 Bloqçuların və Yeni Media mütəxəssislərinin II forumuna iştirakçıların seçimləri yekunlaşdı.

Münsiflər heyətin rəyi əsasında təşkilat komitəsi hər bir qeydiyyatdan keçmiş şəxsə məktubla cavab ünvanlayıb.

Əgər Sizin Bloqosferə müraciət etməyinizə baxmayaraq gün ərzində heç bir cavab almamısınızsa xahiş edirik ki, forum@bloqosfer.com ünvanına bu haqda yazın. Araşdırıb Sizə mütləq cavab yazacağıq. davamı »

Hazırlıq işləri ilə bağlı press konfrans

press-konfrans

Bu gün, Amerika – Azərbaycan Təhsil Mərkəzinin konfrans zalında Bloqosfer 2011 – Bloqçuların və Yeni Media mütəxəssilərinin II forumuna hazırlıq işləri ilə bağlı press konfrans keçirildi.

Tədbiri Bloqosfer layihəsinin təşkilat komitəsinin sədri Azər Nəzərov açıq elan etdi. Onun sözlərinə görə 2-4 Sentyabrda Nabranda Bloqosfer 2011 forumunda 150-yə yaxın  iştirakçı arasında bloqçularla yanaşı müxtəlif Dövlət, biznes, Beynəlxalq təşkilat, QHT nümayəndələri də olacaq. davamı »

İlk promo video çəkildi!

promo video çəkilişi zamanı Yayın qızmar istisinə baxmayaraq 3 avqustda ilk  promo video çəkilişimiz baş tutdu.  Bu promo videonun çəkilişində keçən ilki Bloqosfer iştirakçıları ilə yanaşı yeni bloqçular iştirak edirdi. Non-stop (bir kadrlıq) video olmasına baxmayaraq çəkiliş meydançasında düz 22 nəfər aktyor və 4 çəkiliş heyəti iştirak edirdi. Aktyorlarımız arasında balacalar da var idi. davamı »

Bannerlər hazırdır

Bloqosfer 2011 bannerArtıq Bloqosfer 2011 üçün flash bannerlərimiz hazırdır. Hamı bannerlərdən birini öz bloqunda və ya saytında yerləşdirərək, foruma dəstək ola bilər. Bunun üçün saytımızın bannerlər bölməsinə daxil olub istədiyiniz bannerin kodunu götürüb saytınızda yerləşdirmək kifayətdir. Bannerlərimiz iki fərqli dizaynda və müxtəlif ölçülərdə mövcuddur. Əgər sizə lazım olan ölçüdə banner yoxdursa, şərhlərdə yazın və həmin ölçülərdə yerləşdirək.

Banneri yerləşdirdiyiniz zaman texniki problemlər çıxarsa, şərhlərdə bildirin və biz sizə əlimizdən gələn köməyi edəcəyik. davamı »

Bloqçular bir daha toplaşacaqlar

Bloqosfer 2010 Vahid Qasımovun çıxışı zamanıSevinc hissi ilə bildirmək istəyirik ki, 2010-cu ilin ən səs-küylü yeni media tədbirlərindən biri olan və böyük marağa səbəb olmuş bloqçuların və yeni media mütəxəssislərinin I Forumu “Bloqosfer 2010” bu il də davam edəcək. Ötən il bir sıra mövzular müzakirə olundu və  müxtəlif qurumlara təkliflər verildi. Həmçinin bəzi bloqçular öz təcrübələrini paylaşdılar. Bəs bu il? Bloqosfer 2011-də bizi nə gözləyir?

davamı »